Çox tələbat olan dərmanların vahid qiyməti müəyyənləşdiriləcək - RƏSMİ
11 iyun 2015 12:05 (UTC +04:00)

Çox tələbat olan dərmanların vahid qiyməti müəyyənləşdiriləcək - RƏSMİ

 

“Birinci növbədə daha çox tələbat olan dərmanların vahid qiymətinin müəyyən olunması nəzərdə tutulub. Təxminən 4.500 adda dərman vasitəsi dövlət qeydiyyatından keçib”.

 

APA-nın xəbərinə görə, bunu Tarif Şurasının katibi İlkin Məcidov deyib.

 

İ. Məcidov bildirib ki, dərman vasitələrinin qeydiyyatı üçün Səhiyyə Nazirliyinə müraciət olunmalıdır: “Səhiyyə Nazirliyi dərmanları dövlət qeydiyyatına alır, dərmanlar dövlət reyestrinə daxil edilir. Daha sonra idxala icazə verən qeydiyyat vəsiqəsi verilir".

 

Qeyd edək ki, iyunun 9-dan etibarən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı sənədlərin qəbuluna başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 207

Oxşar yazılar