
Çingiz Qənizadə vətəndaşların ərizələrini fərdi qəbul etdi
Milli Məclisin deputatı Çingiz Qənizadə 80 saylı İmişli- Beyləqan seçki dairəsinə daxil olan İmişli rayonunun Sarıxanlı kəndində seçicilərlə görüş keçirib.
Lent.az xəbər verir ki, deputat seçicilərlə görüşərək onları dinləyib.
Sarıxanlı sakinləri deputatdan həm kənd qəbiristanlığına, həm də pay torpaqlarına gedən yolda uçmuş körpünün bərpa olunmasını xahiş ediblər.
Deputat yaxın zamanlarda körpünün bərpa olunacağına söz verib.
Daha sonra Çingiz Qənizadə son vaxtlar cənab prezident İlham Əliyevin minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncamının əhəmiyyətindəın danışıb. Son günlərdəki sosial yönümlü addımların insanlar üçün zəruriliyini qeyd edib. Deputat görülən işlərin davamlı xarakter daşıdığını da vurğulayıb.
Həmçinin Çingiz Qənizadə çıxışı zamanı seçicilərə Azərbaycana xarici dövlətlərin, beynəlxalq təşkilatların münasibəti, emöhtərəm prezidentiminizn apardığı uğurlu daxili və xarici siyasəti, bu siyasəti görmək istəməyən qüvvələr və Azərbaycanın bütün sahələrdə qüdrətli dövlətə çevrilməsi, eləcə də parlament fəaliyyəti barədə ətraflı məlumat verib.
Parlamentari sonda vətəndaşlarla fərdi qaydada görüşərək ərizələrini qəbul edib. Hər bir ərizənin araşdırılacağına və maksimum kömək ediləcəyinə söz verib.
Oxşar yazılar

BÜRCLƏRİN ərə getmək istəməyən qadınları: Qız qalmaq RİSKİ
13 mart 2025 , 08:08
Market rəflərində gizli təhlükə – Hər gün nə yeyirik? - VİDEO
13 mart 2025 , 02:01
Martın 13-dən nağıllardakı kimi yaşamağa başlayacaq BEŞ BÜRC: Hamı onlara həsəd aparacaq
13 mart 2025 , 00:01
Bakını bürüyən duman haradan gəlir? - VİDEO
12 mart 2025 , 23:47
Ramazan ayının 13-cü gününün DUASI
12 mart 2025 , 22:00Naxçıvanda icra başçısına yeni müavin təyin olundu
12 mart 2025 , 21:07
Şahin Bağırova yeni müavin təyin edildi - SƏRƏNCAM
12 mart 2025 , 20:12