Çevik Polis Alayında vakant vəzifələrə işçi axtarılır - ŞƏRTLƏR
01 iyun 2013 17:36 (UTC +04:00)

Çevik Polis Alayında vakant vəzifələrə işçi axtarılır - ŞƏRTLƏR

Daxili İşlər Nazirliyi Çevik Polis Alayında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə qəbulla bağlı müsabiqə elan olunub. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, müsabiqədə iştirak şərtləri “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnaməyə uyğun müəyyənləşdirilib.

 

Vakant vəzifələrə Azərbaycan vətəndaşı olan, yaşı 20 ilə 30 arasında, boyu 180 santimetrdən hündür kişilər və 170 santimetrdən hündür qadınlar dəvət edilir. Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq. Müsabiqə 2 mərhələdən - test imtahanı və müsahibədən ibarət olacaq. Xidmətə qəbul olunmaq istəyənlər iyunun 15-dək iş günləri saat 10-dan 17-dək Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 69 c ünvanına ərizə ilə müraciət edə bilərlər. Əlavə məlumat almaq üçün Daxili İşlər Nazirliyinin Çevik Polis Alayına və Baş Kadrlar İdarəsinə 590-96-50, 590-93-27 nömrəli telefonlarla müraciət etmək olar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3124
avatar

Oxşar yazılar