
Cəmiyyətin xüsusi təbəqəsi: Avtobus sürücüləri - SORĞU
Hər böyük şəhərdə olduğu kimi Bakıda da avtobus ictimai nəqliyyatın əsas iki növündən biridir. Paytaxtda nə qədər avtobus olduğunu bilən azdır, onların arasında ən son model olanı da var, köhnə, sınıq-salxaqları da. Amma sürücüləri eynidir, az qala cəmiyyətin ayrı bir təbəqəsi hesab olunan avtobus sürücüləri. Aralarında sərnişinlərlə xoşrəftar olan, şirin dillə hamını yola verən, mədəni sürücülər az deyil. Amma istənilən suala kobud cavab verən, sürət həddini aşan, sərnişinlərə "20 qəpik" gözü ilə baxan sürücülər də var. Paytaxt sakinləri avtobus sürücülərinin rəftarından razıdırmı, onların sərnişinlərlə davranışı vətəndaşları qane edirmi? APA TV bu sualla paytaxt sakinləri arasında sorğu keçirib.
Mən həmişə 2 nömrəli avtobusla gedib gəlirəm, "BakuBus"la. Gözəl qaydada idarə edirlər. Bu avtobusların sürücüləri məni çox qane edir.
Elə şeylər var qane edir, elə şeylər var qane etmir.
Bilmirəm bu sürücülərin günahıdır yoxsa onlara nəzarət edənlərin, amma dayanacaqlarda çox gözləyirlər. Bütün dünyanı gəzmişəm, heç yerdə belə halla qarşılaşmamışam. Kartla işləyən avtobusların olması müsbət haldır.
Sürətli sürməyi, qayda-qanunun pozmağı... Belə şeylər çoxdur... Yaxşı cəhətləri də var, pis cəhətləri də...
Qane edən də olur, etməyən də olur. Qane edən daha çox təzə avtobuslardır, "BakuBus"lar. Onları xüsusi seçiblər, xüsusi təlimat veriblər. O biri sürücülərə də təlimat versələr, yaxşı olar. Uzaq məsafələrə istifadə etmirəm, nadir hallarda. Orada kobudluq da görürsən, ötüşmə halları da. Günah özümüzdədir. Sürət həddini aşanda heç kim müdaxilə etmir.
Yeni avtobuslardan razıyam. Amma köhnə avtobuslarda insan qorxur sözünü deməyə ki, sənə kobud cavab veriləcək. Ona görə də heç nə deyə bilmirsən. Həm qarşı cinsin nümayəndələri olduğu üçün, həm yolda bizdən böyüklər olur. Səsimizi onların yanında istər-istəməz çıxarda bilmirik.
Təzə "BakuBus" avtobuslarından razıyam. Amma köhnə avtobusların istismarından çox narazıyam. Təmizlik yoxdur. Sürücülərin davranışı xoşagələn deyil. Amma təzə avtobuslarda bu qaydalara əməl olunur. Həm təmizlik var, həm də davranışları çox yaxşıdır. Digərləri pul qazanmaq məqsədi güdürlər deyə çox vaxt qaydaları pozurlar, kobudluq edirlər və çox hallarda insanlar üçün təhlükə yaradırlar. Sürəti artırdıqlarına görə manevr qaydalarını pozurlar çox hallarda. Düşünürəm ki, təcili surətdə "BakuBus" avtobuslarında tətbiq olunan kart ödəniş sistemi digər avtobuslarda da tətbiq olunmalıdır. Belə olsa, səliqə-sahman da olacaq, qayda-qanun da. Üstəlik insanların təhlükəsizliyi də təmin olunacaq.
Bəzən mənzil başına getmək üçün hansı avtobusa minməli olduğunu soruşursan, amma cavab vermirlər. Bu xoşagələn hal deyil.
Elə hallar olur ki, razıyam, elə hallar da olur ki, narazıyam. Əsas məsələ odur ki, ədəb-ərkanlı olmaq lazımdır.
Bax belə... Yolunuz açıq olsun! Həm sərnişinlərin, həm sürücülərin!
Oxşar yazılar

Bu üç ayda doğulmusunuzsa... iyul ayı çox uğurlu olacaq
3 iyul 2025 , 00:02
Artıq bu həftə: Parlaq romantik dövr yaşayacaq 3 BÜRC
2 iyul 2025 , 18:44
Sabahın tibbi-meteoroloji PROQNOZU
2 iyul 2025 , 18:17
Azərbaycanda şəxsiyyət vəsiqələrinin forması dəyişir
2 iyul 2025 , 17:40Azərbaycanda saxta dərmanlar harada və necə satılır? - ARAŞDIRMA
2 iyul 2025 , 17:18
Dünya xəritəsində YENİ OKEAN: Yeri qlobal qəyişikliklər gözləyir
2 iyul 2025 , 16:33
Bakıda qəzalı binalarla bağlı komissiya yaradıldı
2 iyul 2025 , 16:04