Cəbhəyanı rayonlar yırtıcı heyvanların hücumuna məruz qalır
29 aprel 2014 21:49 (UTC +04:00)

Cəbhəyanı rayonlar yırtıcı heyvanların hücumuna məruz qalır

Son vaxtlar cəbhəyanı rayonlarda yaşayış məntəqələrinə yırtıcı heyvanların basqını çoxalıb. Tülkü, çaqqal, bəzən isə canavarların hücumuna məruz qalan yaşayış məntəqələrində sakinlərə məxsus ev heyvanları və ev quşlarına zərər dəyir. Ağdamın Çıraqlı kəndində isə vəziyyət bu baxımdan daha pisdir. Çıraqlı sakinləri APA TV-yə deyirlər ki, yırtıcılar artıq evlərə soxulmaqdan belə çəkinmir. Həyət-baca nəzarətsiz qalsa, hər şeyi talan edir: "Tez-tez vəhşi heyvanların hücumuna məruz qalırıq. Tülkü, çaqqal bizə böyük ziyan vurur".

 

İşğal altındakı ərazilərdə sürətlə çoxalan vəhşi heyvanlar yaşayış məntəqələrinə soxulduğundan buradakı ev heyvanları arasında yoluxucu xəstəliklərin yayılması ehtimalı da çoxalır. Vəhşi  heyvan sürülərinin Aran ərazilərinə axını da müşahidə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 713
avatar

Oxşar yazılar