Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin
respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-200, Kiçik Qafqazın çaylarında 80-150, Lənkəran-Astara bölgəsi çaylarında 30-150, Naxçıvan MR çaylarında isə 60 faizini təşkil edir.
Yanvarın 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 150 m3/s olmaqla, ongünlük normanın 94 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm bir qədər az olmaqla 134 m3/s və ongünlük normanın 84 faizini təşkil edib.
Yanvarın 11-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 68 m3/s olmaqla, ongünlük normanın 101 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə eyni olub 68 m3/s təşkil etmiş və ongünlük normanın 101 faizinə bərabər olunub.
Son günlərdə Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən atım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 8 sm, Salyanda 3 sm, Araz çayının Novruzlu məntəqəsində 5 sm artım, Şirvanda 1 sm, Bankədə isə 8 sm azalma müşahidə olunub.