Milli Hidrometeorologiya Departamentinin ekspedisiya dəstəsi tərəfindən 2013-cü ilin oktyabr ayında Kür və Araz çaylarının axımına nəzarət məqsədilə çaylarda yoxlama ölçmə işləri aparılıb. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Ölçmə işləri zamanı 6 məntəqədə çayın en kəsiyinin profili, sahəsi, dərinliyi, en kəsiyi boyu müxtəlif dərinliklər üzrə suyun sürəti ölçülüb və en kəsiyi boyu müxtəlif dərinliklər üzrə suyun sürəti ölçülüb və su sərfləri hesablanıb. Alınan nəticələr Kür və Araz çaylarında suyun sərfinin keçən il və ondan əvvəlki illərlə müqayisədə bu il xeyli aşağı olduğunu göstərib. Belə ki, axın xeyli azalıb.
374