Bu il 2747 nəfər peşə hazırlığına cəlb olunub
20 sentyabr 2016 16:13 (UTC +04:00)

Bu il 2747 nəfər peşə hazırlığına cəlb olunub

0

 

Cari ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə 2545 nəfər vətəndaş (o cümlədən 108 nəfər əlilliyi olan şəxs) üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib.

 

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu dövrdə nazirliyin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə 202 nəfər gənc peşə hazırlığına qəbul olunub.

 

Ümumilikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin 8 ayında 2747 nəfər vətəndaşın peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilməsi işləri görülüb ki, həmin şəxslərdən 310 nəfəri (11,3 faiz) əlilliyi olan şəxslərdən ibarətdir.

 

Qeyd olunan kurslarda kompüter istifadəçisi, kompüter mühasibliyi, qənnadçı, tornaçı, dərzi, bərbər, mebel quraşdırıcısı, kompüter texnikasının təmiri, elektrik qaynaqçısı, avtomobil təmiri üzrə çilingər, xalçaçı və s. peşələr öyrədilib. Peşə kurslarında modul tədrisi proqramlarından da geniş istifadə olunub və kursları bitirənlərə sertifikatlar təqdim edilib.

 

Cari ildə peşəyönümü tədbirləri də davam etdirilib. Gənclərin düzgün peşə və ixtisas seçiminə istiqamətləndirilməsi üçün pedaqoji kadrların və valideynlərin də iştirakı ilə keçirilən peşəyönümü tədbirlərində 64102 nəfər gəncə peşəyönümü məsləhətləri verilib. Onların əksəriyyətini orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri təşkil edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 462

Oxşar yazılar