Bütün rayonların polis rəisləri Bakıya gəlib
11 iyul 2014 11:14 (UTC +04:00)

Bütün rayonların polis rəisləri Bakıya gəlib

Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) geniş kollegiya iclası keçirilir.


 

APA-nın məlumatına görə, bu gün respublikanın bütün şəhər və rayonları üzrə idarə və bölmə rəisləri nazirliyə toplaşıb.

 

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun sədrliyi ilə keçirilən kollegiya iclası 2014-cü ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunub. Kollegiyada həmçinin cinayətkarlıqla mübarizə, axtarışda olanların tutulması, tədqiqatda olan cinayət işləri ilə də bağlı müzakirələr aparılacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1971

Oxşar yazılar