Buraxılış imtahanları keçiriləcək binaların təhlükəsizliyi yoxlanılır
06 iyun 2013 11:14 (UTC +04:00)

Buraxılış imtahanları keçiriləcək binaların təhlükəsizliyi yoxlanılır

Bu gündən iyunun 7-də buraxılış imtahanları keçiriləcək imtahan binalarının təhlükəsizliyinin yoxlanılmasına başlanılıb. TQDK-nın mətbuat katibi Elnur Nağızadənin Lent.az-a verdiyi məlumata görə, artıq TQDK-nın və dövlət mühafizə xidməti orqanlarının birgə təşkil olunmuş işçi heyətləri imtahan keçiriləcək regionlara ezam olunublar. İmtahan binaları yoxlanıldıqdan sonra mühafizəyə götürüləcək. 

 

E. Nağızadə deyib ki, hazırda imtahanların təlimata uyğun keçirilməsi üçün son hazırlıq işləri görülür. TQDK tərəfindən regionlarda imtahanlarda zal nəzarətçisi kimi iştirak edəcək müəllimlərlə treninqlər, Komissiyanın əsas binasında isə imtahan rəhbərləri və ümumi rəhbərlərlə seminarlar keçirilir.

 

Qeyd edək ki, iyunun 7-də orta ümumtəhsil müəssisələrinin XI və IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün 92 imtahan mərkəzi ayrılıb. İmtahan Naxçıvan MR-də 13, İmişlidə 4, Ağcabədidə 4, Ağdamda 3, Saatlıda 3, Sabirabadda 6, Füzulidə 4, Beyləqanda 5, Xocavənddə 1, Lənkəranda 6, Astarada 5, Masallıda 7, Lerikdə 7, Yardımlıda 5,  Cəlilabadda 7, Salyanda 4, Neftçalada 3, Biləsuvarda 4 binada, C. Naxçıvaniski adına hərbi liseyin şagirdləri üçün isə 1 binada aparılacaq. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 721
avatar

Oxşar yazılar