Bu yolda hərəkət məhdudlaşdırılacaq
Aparılan təmir işləri ilə əlaqədar aprelin 30-dan mayın 1-nə keçən gündən etibarən Binəqədi rayonu Biləcəri qəsəbəsinin Biləcəri enişi adlanan yolunun dairəyə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Lent.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Verilən məlumata görə, məhdudlaşma mayın 1-i axşam saatlarınadək davam edəcək.
Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunub.
630