<b>Meteohəssas insanlar üçün əlverişli hava - </b><span style="color:red;">SABAH
09 sentyabr 2016 12:59 (UTC +04:00)

Meteohəssas insanlar üçün əlverişli hava - SABAH

0

 

Sentyabrın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 19-22, gündüz 25-29, Bakıda gecə 20-22, gündüz 25-29° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında  isə hava əsasən yağmursuz keçəcək, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 25-30, dağlarda gecə 9-14, gündüz 16-21° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə isə, sentyabrın 10-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir. Sentyabrın 11-12-də komfort hava şəraiti gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 315

Oxşar yazılar