"Beynəlxalq fənn olimpiadalarının qaliblərinin respublikanın ali məktəblərinə qəbul olması ilə bağlı məsələlər müzakirə edilirdi. Bu şagirdlər artıq heç bir müsabiqədən keçmədən ali məktəblərə qəbul oluna biləcəklər".
Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov "Təhsil haqqında" qanuna edilən son dəyişiklikləri şərh edərkən deyib.
Onun sözlərinə görə, o cümlədən respublika daxilində keçirilən fənn olimpiadalarının qalibləri də öz ixtisasları üzrə ali məktəblərə qəbul ola biləcəklər.