Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən ötən il respublikanın bəzi rayonlarında müraciətlərə baxılmasının yoxlanılması zamanı torpaqların, xüsusilə bələdiyyə torpaqlarının istifadəsində nöqsanlara yol verildiyi aşkar edilib”. Lent.az-ın məlumatına görə, bunu PA-nın şöbə müdiri Süleyman İsmayılov bildirib. Onun sözlərinə görə, 2014-cü ilin dekabrında keçirilən sonuncu bələdiyyə seçkilərində, demək olar ki, bələdiyyələrin əksəriyyətinin tərkibi yenilənib. “Yəqin ki, bələdiyyələrin ünvanına deyilən tənqidi qeydlər öz nəticəsini verəcək və əvvəlki bələdiyyə sədrlərinin yol verdikləri nöqsanlar aradan qaldırılacaq. Ümumiyyətlə, bələdiyyələrin fəaliyyəti haqqında müraciətlər Sabunçu, Lənkəran, Ağdam, Qazax, Quba, Sabirabad, Salyan, Şamaxı, Tərtər, Zaqatala, həmçinin digər şəhər və rayonlardan daha çox daxil olub”.
PA rəsmisinin sözlərinə görə, Prezident Administrasiyasına daxil olan müraciətlərin bir hissəsi isə kollektiv və təkrar müraciətlərdir. “Növündən və sayından asılı olmayaraq bu müraciətlər xüsusi diqqət tələb edir. Müəyyən qrup insanların, bəzən bir məhəllənin, yaxud bir kəndin, bir rayonun fikrini ifadə edən kollektiv müraciətlərə həmişə diqqət göstərilir, onlara daha çox nəzarət qaydasında baxılaraq lazımi tədbirlər görülür. Kollektiv müraciətlər Prezident Administrasiyasına daxil olan bütün müraciətlərin cəmi 4,2 faizini təşkil etsə də, onların daha çox insanın fikrini ifadə etməsi nəzərə alınmışdır. Belə müraciətlərin 66 faizi ərizə, 32 faizi şikayət, 2 faizi isə təkliflərdən ibarətdir və 2013-cü ilə nisbətən onların sayı xeyli azalıb. Kollektiv müraciətlər Bakı, Lənkəran, Mingəçevir, Şəki, Ağcabədi, Bərdə, Göygöl, Quba, Laçın, Masallı, Neftçala, Şamaxı, Şəmkir, Tovuz, digər şəhər və rayonlardan daha çox daxil olub”.

Ölkə başçısına ən çox bu rayonlardan şikayət daxil olur - SİYAHI
Oxşar yazılar

"Yaşayan Nostradamus"dan 2025-ci ilin sonu üçün dəhşətli PROQNOZ: dünya tanınmaz dərəcədə dəyişəcək
8 iyul 2025 , 20:15
Ata 6 yaşlı qızını iki arvadı olan kişiyə satdı
8 iyul 2025 , 19:20
30, 40 və 50 yaşda günəş altında nə qədər qalmaq olar?
8 iyul 2025 , 19:07
Kristiano Ronaldo 7 milyon dollarlıq dəbdəbəli yaxtası ilə tətildə - FOTOLENT
8 iyul 2025 , 16:07
Şəkər xəstələrinin dərman narazılığı ilə bağlı TƏBİB-dən AÇIQLAMA
8 iyul 2025 , 15:52
6 saatdan az yatanda orqanizmə nə olur? - ARAŞDIRMA
8 iyul 2025 , 15:37
Balakəndə 20 mindən çox abonentin qazı kəsiləcək
8 iyul 2025 , 15:03