Heydər Əliyev prospektinin bir hissəsində rəngləmə işləri aparılacaq. Bu barədə Lent.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı şəhəri, Heydər Əliyev prospekti, Böyük Şor yol qovşağından Yusif Səfərov küçəsinin kəsişməsinə qədər olan hissədə üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.
İşlər saat 22:00-dan başlayaraq səhər saatlarına qədər davam edəcək.
AYDAA sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.