Bu ofisdə hamı çılpaq işləyir
06 aprel 2015 17:39 (UTC +04:00)

Bu ofisdə hamı çılpaq işləyir

 

Tanınmış "The Bold Italic" jurnalının əməkdaşları mart ayında çılpaq işləyib. Lent.az-ın ölkə.az-a istinadən verdiyi xəbərə görə, San Fransiskoda "The Bold Italic" onlayn jurnalının əməkdaşları bir ay müddətində çılpaq çalışdıqları barədə təəssüratlarını bölüşüblər.

 

Bir ay boyu işçilər ofisə gələn kimi soyunublar. Bildirilir ki, ofisdə yeganə geyimli şəxs yalnız fotoqraf olub və o üzərində qadın sinəsinin şəkli olan t-shirt geyinib. Əvvəllər bu təcrübə birmənalı qarşılanmasa da, sonradan ofis heyəti buna öyrəşib.

 

"The Bold Italic"in əməkdaşlarının sözlərinə əsasən, "cinsiyyət orqanlarını azad etmək - şüuru azad etmək" prinsipinə bütün şirkətlər əməl etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 200
avatar

Oxşar yazılar