<b>Müəllimlərin müsahibəsinə başlanıldı</b>
22 aprel 2019 12:43 (UTC +04:00)

Müəllimlərin müsahibəsinə başlanıldı

Respublikanın ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə başlanılıb.
 
Təhsil Nazirliyindən Lent.az-a bildirilib ki, bu mərhələdə 2017-2018-ci və 2018-2019-ci tədris illəri üçün  keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinə qatılaraq zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edir.
 
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən 22-24 aprel 2019-cu il tarixlərində keçirilməsi nəzərdə tutulan müsahibələrdə 1200-dən çox müəllimin iştirak etməsi gözlənilir.
 
Müsahibə proqramı və materialları barədə məlumatlar http://www.miq.edu.az/muqavile/ saytında yerləşdiririlib.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 686
avatar

Aygün İbrahimli

Oxşar yazılar