Bu ilin ilk Günəş tutulması hadisəsi başlayıb
26 fevral 2017 16:23 (UTC +04:00)

Bu ilin ilk Günəş tutulması hadisəsi başlayıb

Bu ilin ilk Günəş tutulması hadisəsi başlayıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya bildirib ki, proses saat 16:12-də başlayıb, saat 18:54-də maksimumda olacaq, saat 21:35-də bitəcək. O qeyd edib ki, həlqəvari Günəş tutulması Amerika, Cənubi Afrikanın qərbində müşahidə olunacaq. X. Mikayılov vurğulayıb ki, bu hadisəni Azərbaycandan izləmək mümkün olmayacaq.

 

Qeyd edək ki, bu il 2 Ay və 2 Günəş tutulması hadisəsinin baş verəcəyi açıqlanıb.

 

İlk ay tutulması fevralın 11-də qeydə alınıb. Növbəti Ay tutulması avqustun 7-də, ikinci Günəş tutulması isə avqustun 21-də olacaq. Bu hadisələrin insanlar üçün heç bir təhlükəsinin olmadığı, adi astronomik hadisə olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 195
avatar

APA Baycan

Oxşar yazılar