Bu ilin dekabrında Azərbaycan alimlərinin I qurultayı olacaq
18 aprel 2014 12:48 (UTC +04:00)

Bu ilin dekabrında Azərbaycan alimlərinin I qurultayı olacaq

Azərbaycan alimlərinin I qurultayının keçirilmə vaxtı açıqlanıb. Lent.az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə ümumi yığıncaqda çıxışı zamanı deyib ki, Azərbaycan alimlərinin I qurultayı bu ilin dekabrında təşkil olunacaq.

 

AMEA prezidenti bildirib ki, bu ilin sentyabr ayında Azərbaycanda Cənubi Qafqazda ilk dəfə elm festivalı keçiriləcək. Onun sözlərinə görə, elm festivalının keçirilməsində məqsəd yeni texnologiyaların və innovasiyaların nümayişi, elmin təbliği, populyarlaşdırılması, gənc nəslin elmə marağının artırılması, həmçinin Azərbaycanın elm potensialının ortaya çıxarılmasıdır. A. Əlizadə elm festivalının keçirilməsində Təhsil Nazirliyinin də dəstək olacağına ümid etdiyini deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 431

Oxşar yazılar