Azərbaycanda 2 milyon 539 min 700 uşaq var.
APA-nın məlumatına görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin müdir müavini Pərviz Əliyev “Valideyn qayğısı - Uşaqların Təhlükəsizliyi” mövzusunda keçirilən tədbirdə çıxışında deyib.
O bildirib ki, 2007-2012-ci illərdə təbii və texnogen xarakterli hadisələrdə 61 uşaq həlak olub. Onun sözlərinə görə, 2006-2012-ci illərdə çimərlik mövsümlərində 79 uşaq suda batıb, 471 uşaq xilas edilib: “2012-ci ildə yanğınlar zamanı 150 uşaq təxliyə olunub. 2011-ci ildə yol-nəqliyyat hadisələri zamanı 76 uşaq, 2012-ci ildə 79, 2013-cü ildə 77 uşaq həlak olub”.