APA-nın xəbərinə görə, imtahanda iştirakı nəzərdə tutulan 8215 abituriyentdən 3676 nəfəri oğlan, 4539 nəfəri qızdır. 5863 abituriyent orta ümumtəhsil müəssisələrinin bu ilki məzunu, 2352 nəfər isə əvvəlki illərin məzunlarıdır. 35 abituriyent ali təhsil müəssisələrinin məzunları, 363 abituriyent isə orta ixtisas təhsil müəssisələrinin məzunlarıdır. Ən yaşlı abituriyent 1970-ci il təvəllüdlü, ən gənc abituriyent isə 1999-cu il təvəllüdlüdür.
İmtahanın idarə olunması üçün 61 imtahan rəhbəri, 659 nəzarətçi müəllim ayrılıb. Bakı şəhərində 5367, Naxçıvanda 27, Gəncədə 865, Sumqayıtda 524, Şəkidə 357, Ağcabədidə 102, Göyçayda 206, Şirvanda 128, Lənkəranda 134, Xaçmazda isə 505 nəfər abituriyentin imtahan verməsi nəzərdə tutulub. İmtahan Bakı şəhərində 9, Naxçıvanda 1, Gəncədə 2, Sumqayıtda 1, Şəkidə 1, Ağcabədidə 1, Göyçayda 1, Şirvanda 1, Lənkəranda 1, Xaçmazda 1 binada keçirilir. İmtahan bütün şəhərlərdə eyni vaxtda - saat 13:00-da başlanır.