Bu gün Novruzun ilk çərşənbəsi - su çərşənbəsidir. Lent.az-ın məlumatına görə, Novruz elimizə su çərşənbəsi ilə qədəm qoyur. Su çərşənbəsi suyun təzələnməsi kimi anlaşıldığından həmin gün bütün mərasimlər su ilə bağlı olur. İnsanlar həmin gün sübh tezdən axar suyun üstünə gedir, üstündən atılır.
İnsanlar yeni suyu qarşılayır, xəstəliklərdən azad olacaqlarına inamla birgə onlarda həyata sevgi, gözəllik, sayğı düşüncələri aşılayır.
Suya sitayişin davamı kimi axşam tonqalın üstündən hoppanmaq da vacib sayılır. Çərşənbə süfrəsinə gəlincə isə, süfrədə təmiz sudan hazırlanmış pürrəngi çayın olması mütləqdir. İmkanı çatan qədər plov bişirilməli, süfrədə 7 adda nemət olmalıdır. Süfrədə səməninin olması elə də vacib deyil. Səmənini ilk çərşənbəyə yetişəcəyi real olmadığından o, süfrələri daha çox son çərşənbə və bayram günü bəzəməlidir.
Bayramınız mübarək!