Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Binəqədi-Mehdiabad avtomobil yolunda martın 17-dən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, məhdudlaşdırma səhər saatlarından tətbiq ediləcək və bir neçə gün davam edəcək. Sürücülər alternativ olaraq Binəqədi-Novxanı və Binəqədi-Balaxanı avtomobil yollarından istifadə edə bilərlər.
Sürücülərdən aparılacaq işlərə anlayışla yanaşmaları xahiş olunur.