<b>Bakıda müəllimlərin yerdəyişməsi üçün müsabiqə </b>
03 may 2016 14:06 (UTC +04:00)

Bakıda müəllimlərin yerdəyişməsi üçün müsabiqə

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki ümumi təhsil məktəblərində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi ilə bağlı müsabiqə elan edib.

 

BŞTİ-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müsabiqə 3 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) ibarətdir.

 

Müsabiqədə iştirak etmək istəyən müəllimlər 3-10 may tarixlərdə   www.miq.edu.az/baku/ internet ünvanı vasitəsilə elektron qaydada müvafiq ərizə formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

 

Qeyd edək ki, yerdəyişmə üçün müraciət edən müəllim təqdim olunmuş vakant yerlərdən ən çoxu 3 yer seçə bilər.

 

Elektron qaydada müvafiq ərizə formasını doldurmaqla qeydiyyatdan keçmiş şəxslər ən geci 3 iş günü ərzində işlədiyi məktəbdə daimi əsaslarla müəllim vəzifəsinə işə qəbul olunması haqqında əmrdən çıxarış (məktəbin möhürü ilə təsdiq edilməlidir), hazırda işlədiyi məktəb direktorunun müəllimin iş yerinin dəyişməsi ilə bağlı razılıq məktubu (nümunə əlavə olunur), əmək kitabçasının surəti (məktəbin möhürü ilə təsdiq edilməlidir), şəxsiyyət vəsiqəsinin surəti, təhsil haqqında sənədin (diplomun) surətini BŞTİ-ə təqdim etməlidirlər. Sənədlərin təqdim edilməsi üçün son tarix mayın 12-dir.

 

Nəzərinizə çatdıraq ki, müsabiqədə iştirak etmək üçün müraciət edən və ərizələrin elektron qaydada qeydiyyata alınmasında çətinlik çəkən şəxslərə köməklik göstərilməsi və qeydiyyatdan keçmiş şəxslər tərəfindən təqdim edilən yuxarıda göstərilən sənədlərin qəbul edilməsi məqsədilə 3-12 may tarixlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin inzibati binasında qəbul məntəqəsi (I-V günlər saat: 09:00 – 18:00, şənbə günü saat: 10:00 – 15:00) fəaliyyət göstərəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 217
avatar

Oxşar yazılar