[b]Azərbaycan meşə yanğınına görə Gürcüstana əlavə qüvvə göndərdi[/b] - YENİLƏNİB
22 avqust 2017 16:56 (UTC +04:00)

[b]Azərbaycan meşə yanğınına görə Gürcüstana əlavə qüvvə göndərdi[/b] - YENİLƏNİB

 

 

Azərbaycan Gürcüstanda meşə yanğınlarının söndürülməsinə əlavə qüvvə göndərib.

 

APA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə məxsus 11 yanğınsöndürən maşın və digər texnika, həmçinin canlı qüvvə bu gün Gürcüstana yola salınıb.

 

Qeyd edək ki, Gürcüstanda meşə yanğınları avqustun 20-də günün ikinci yarısından başlayıb. Ərazidə əsən külək yanğının tam söndürülməsinə imkan vermir. Yanğınla bağlı xüsusi qərargah fəaliyyət göstərir.

 

Prezident İlham Əliyevin tapşırığına əsasən, avqustun 21-də Azərbaycan Fövqəladə Hallar Nazirliyinin bir helikopteri yanğınsöndürmə əməliyyatlarında iştirak üçün Gürcüstana göndərilib. Helikopter bu gün səhər saatlarından yanğınsöndürmə əməliyyatlarına qoşulub.

 

Gürcüstan prezidenti Georgi Marqvelaşvili və bu ölkənin digər rəsmiləri yardıma görə Azərbaycan prezidentinə təşəkkür edib.

 

 

***

 

 

10:42

 

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinə məxsus, xüsusi avadanlıqla təchiz olunmuş “Ka-32A” helikopteri avqustun 22-də saat 06:30 radələrindən Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsində kəşfiyyat uçuşlarına başlayıb.

 

Bu barədə APA-ya FHN-dən məlumat verilib.

 

Helikopter saat 06:40 radələrindən isə yanğının söndürülməsi əməliyyatına qoşulub.

 

**

09:55

Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda meşə yanğınlarının helikopterlərlə söndürülməsi prosesi bərpa olunub.

 

APA-nın yerli bürosunun məlumatına əsasən, prosesdə Gürcüstanın iki və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) bir helikopteri iştirak edir. Bu gün Türkiyənin iki helikopterinin də yanğının söndürülməsinə cəlb olunacağı gözlənilir.

 

Yanğınla bağlı yaradılmış xüsusi qərargahdan təbii fəlakət zonası yaxınlığında yaşayan əhalinin təxliyəsinə ehtiyac olmadığı bildirilib.

 

Gürcüstanda meşə yanğınları avqustun 20-də günün ikinci yarısından başlayıb. Ərazidə əsən külək yanğının söndürülməsinə imkan vermir. Hadisə yerinə 250 yanğınsöndürən cəlb olunub.  

 

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 249
avatar

Oxşar yazılar