Bolqarıstanlı nazir müavini BSU-da olub
30 oktyabr 2014 11:35 (UTC +04:00)

Bolqarıstanlı nazir müavini BSU-da olub

Bolqarıstanın gənclər və idman nazirinin müavini Kalin Kamenov Bakı Slavyan Universitetində olub. Ali məktəbdən Lent.az-a verilən məlumata görə, nazir müavini Bolqar Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub və həmçinin  tələbələrin dili öyrənərkən problemlərinin olub olmaması haqqında maraqlanıb.

Daha sonra qonaqlar Bakı Slavyan Universitetinin rektoru professor Asif Hacıyevlə  görüşüblər.

Onları bu təhsil ocağında görməyinə şad olduğunu bildirən rektor BSU haqqında qonaqlara geniş məlumat verərək Bolqarıstan ali məktəbləri ilə universitet arasında olan əməkdaşlıq əlaqələrindən, burada fəaliyyət göstərən Bolqar Dili və Mədəniyyəti Mərkəzindən, həmçinin Bolqarıstanın Müqəddəs Kliment Oxridski adina Sofiya universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzindən danışıb.

 

# 329

Oxşar yazılar