
BNA-da final oyunu ilə bağlı görüş keçirilib
Mayın 29-da UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu zamanı nəzərdə tutulan nəqliyyat əməliyyatlarına cəlb edilən daşıyıcı şirkətlərin məsul şəxsləri, dispetçerlər və xətt dəstə rəisləri ilə görüş keçirilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən Lent.az-a məlumat verilib. Bildirilib ki, görüşdə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli paytaxt Bakının nüfuzlu beynəlxalq idman turnirlərinin uğurla keçirildiyi məkana çevrildiyini diqqətə çatdırdı. Bildirdi ki, son illər ölkəmizdə müşahidə edilən hərtərəfli inkişaf, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlər beynəlxalq və qitə miqyaslı idman qurumlarının Azərbaycana marağının artmasına səbəb olub.
İdarə Heyətinin sədri final oyunu ilə bağlı planlaşdırılan tədbirlərin icrası istiqamətində zəruri addımların atıldığını dedi. Vurğuladı ki, nəqliyyatın işinin təşkili, daşımaların təhlükəsizliyinin təmin edilməsi məzh prosesə cəlb edilən dispetçerlər, xətt dəstə rəisləri və sürücülərin müəyyən edilən vəzifə və funksiyalarını tam məsuliyyətli, yüksək peşəkarlıqla həyata keçirməsindən asılıdır. İdarə Heyətinin sədri bildirdi ki, peşəkar bacarıqlarla yanaşı, qarşıya qoyulan tapşırıqların uğurla icrası baxımından vacib olan digər bir önəmli məqam vətənpərvərlik duyğularıdır. Tövsiyə olundu ki, nəqliyyat xidmətlərinə cəlb edilən hər bir əməkdaş, eyni zamanda, xalqımıza xas qonaqpərvərliyi nümayiş etdirməli, ölkəmizin müsbət imicinin daha da möhkəmlənməsi üçün səylərini səfərbər etməlidir.
Oxşar yazılar

Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38