Bizi “dörd gözlə” izləyirlər-<span style="color:red;">REPORTAJ
25 fevral 2014 22:42 (UTC +04:00)

Bizi “dörd gözlə” izləyirlər-REPORTAJ

Bu qəza bu dəqiqələrdə paytaxtın Səbayıl rayonunda baş verib. Görüntülər təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınır. Hadisə barədə dərhal yaxınlıqdakı polis bölməsinə məlumat verilir.

 

5 ildir, yaradılan "Təhlükəsiz Şəhər" sisteminin videomüşahidə kameraları vasitəsi ilə hər il minlərlə belə görüntü qeydə alınır. Təkcə 2013-cü ildə 8401 avtomobil qəzası müşahidə edilib. Bu ilin yanvar ayında isə videokamerlar vasitəsi ilə 904 hadisə görüntülənib. 2009-cü il fevralın 24 dən fəaliyyət göstərən mərkəz nəzarətin videomüşahidə vasitəsilə həyata keçirilməsinə, qanunazidd hallara, çevik reaksiya verilməsinə imkan yaradır. Mərkəzin qeydə aldığı qanun pozuntuları və vətəndaşlara qarşı törədilən hüquqazidd əməllər barədə dərhal Daxili İşlər Nazirliyinin “102” zəng xidmətinə məlumat verilir və xidmət öz növbəsində bu məlumatı yerli polis orqanlarına ötürür. “Təhlükəsiz Şəhər” xidmətinin rəisi İlqar Quliyev APA TV-yə deyib ki, sistem vasitəsi ilə 105 qeyri-aşkar şəraitdə baş verən cinayətin üstünün açılması təmin olunub. Həmin cinayətlərə həm ağır, həm də xüsusi ilə ağır cinayətlər aiddir. Eyni zamanda əməkdaşlar tərəfindən canlı  müşahidə zamanı bir çox hadisələr qeydə alınıb, həmin hadisələr üzrə müvafiq tədbirlər görülüb. Yanvar ayı ərzndə 904 hadisə kameralar vasitəsi ilə aşkarlanıb və qeydiyyata alınıb. Ötən il ərzində 328 asayiş pozuntusu, 111 piyada vurulması, 74 yanğın, 20 avtoxuliqanlıq və sair hadisələr bu kameralar vasitəsi ilə qeydə alınıb. Xidmət rəisi qeyd edib ki, çəkilişi aparılmış videogörüntülərə insanların müdaxiləsi qeyri-mümkündür. Çünki, sistem elə qurulub ki, videogörünütlər yazılır və müəyyən müddətdən sonra sistem vasitəsi ilə köhnə görüntülər yeni görüntülərlə əvəzlənir. Görünütlər 30 gün müddətdində saxlanılır. İlqar Quliyev onu da bildirib ki, görüntülərin saxlanma müddəti  qonşu ölkələrlə müqayisədə dəfələrlə çoxdur. Bu da Azərbaycanın daha yüksək keyfiyyətli cihazlar alması ilə bağlıdır. "Təhlükəsiz şəhər"   sisteminin yaradılmasında Yaponiya, Belçika  ABŞ kimi dünyanın aparıcı ölkə şirkətlərinin avadanlığından istifadə olunub.

 

Quraşdırılmış videokameralar 360 dərəcə üfüqi, 190 dərəcə şaquli dönür. Xidmətin ən başlıca funksiyalarından biri də nömrətanımadır ki, bu sistem vasitəsi ilə axtarışda olan avtomobillər qısa müddətdə aşkarlanır. Elə ötən ay axtarılan 121 avtomobilin saxlanılması nömrətanıtma xidmətinin köməyi ilə təmin olunub. Sistem işıqforun qırmızı işığında keçən və  yol hərəkəti qaydalarını pozan digər avtomobillər avtomatik müəyyənləşdirilir. Mərkəz həmçinin yollarda yaranmış tıxacların təhlilini aparır, avtomobillərin ümumi sayını müəyyən edir və sürətini ölçür. 2015-ci ildə Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı "Təhlükəsiz şəhər" sisteminin gücləndirilməsi nəzərdə tutulub. Müsahibim məlumat verib ki, artıq bu proses başlayıb və davam etdirilir. Əlavə videomüşahidə sisteminin quraşdırılması nəzərdə tutulub. Xüsusən əhalinin sıx toplaşdığı ərazilərdə, qonaqların qaldığı yerlərdə, həmçinin tədbirlərin keçirildiyi ərazilərdə. Ümumlikdə "Təhlükəsiz şəhər" sistemi 4 mərhələdən keçib. Bakıdan başqa, Sumqayıt, Gəncə, eyni zamanda respublikanın magistral yollarında videokameralar quraşdırılıb.

 

Bakıda 7 minə yaxın kameralar quraşdırılıb. Kameralar insanların sıx məskunlaşdığı yerlərdə, təhsil müəssisələrində, metronun stansiyalarında, demək olar ki, paytaxın hər bir nöqtəsində quraşdırılıb. Kameralar 360 dərəcə hərəkət istiqamətinə və görüntünü 10 dəfələrlə yaxınlşdırmaq imkanına malikdir.

 

Jalə Məmmədli

# 2450
avatar

Oxşar yazılar