Binəqədi rayonunda “Təmiz Binəqədi” layihəsinə start verilib
02 iyul 2014 19:07 (UTC +04:00)

Binəqədi rayonunda “Təmiz Binəqədi” layihəsinə start verilib

 

Avropa Olimpiya Komitəsinin Baş Assambleyası ilk Avropa Olimpiya oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi barədə qərar qəbul edib. Tarixdə ilk dəfə keçirilməsi planlaşdırılan bu mötəbər tədbir ərəfəsində Binəqədi rayonunda “Təmiz Binəqədi” adlı sosial layihəyə start verilib. Lent.az-ın məlumatına görə, layihənin keçirilməsində əsas məqsəd Olimpiya Oyunlarına hazırlıq dövründə rayonun memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə, park və xiyabanlarda aparılan təmizlik və abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, bu işlərə rayon ictimaiyyətini və geniş əhali kütləsini cəlb etməkdən ibarətdir.

 

 

1 iyul 2014-cü ildən etibarən davamlı olaraq mərhələli şəkildə Binəqədi rayonu ərazisində start verilən layihənin həyata keçirilməsi üçün Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı sərəncam imzalayıb. Sərəncama əsasən, tədbirlər planı təsdiq edilib, onun icrası məqsədilə komissiya yaradılıb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1353

Oxşar yazılar