Bəzi rayonlarda 20 dərəcə isti olacaq
04 mart 2014 12:37 (UTC +04:00)

Bəzi rayonlarda 20 dərəcə isti olacaq

Martın 5-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman olacağı proqnozlaşdırılır.  Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Gündüz 10-14 dərəcə, gecə 7-8 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında da sabah hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək və arabir güclənəcək. Martın 5-də Aran rayonlarında gündüz 15-20 dərəcə, gecə isə 3-8 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gündüz 10-12, gecə  0-5 isti olacağı proqnozlaşdırılır.

 

Yaxın günlər ərzində temperatur göstəriciləri dəyişməyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 995

Oxşar yazılar