Azərbaycan Tibb Universitetində elm və təhsil müəssisələrində nəşr olunan jurnalların mövcud vəziyyəti, onların beynəlxalq tələblərə uyğunlaşdırılması və nüfuzlu elmi bazalarda təmsilçiliyinin təmin edilməsi məsələlərinin müzakirəsi məqsədilə görüş keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən akademik Əhliman Əmiraslanov universitetin tibbin müxtəlif sahələrini əhatə edən 18 jurnalının nəşr olunduğunu bildirib.
“Jurnallarda çap edilən məqalələrə olan tələblər yüksək olmalıdır. Məqalələrin səviyyəsi, o cümlədən jurnalların istər dizayn, istərsə də nəşr baxımından keyfiyyəti beynəlxalq tələblərə cavab verməlidir”.
Universitet rektoru beynəlxalq tələblərə cavab verməyən jurnalların fəaliyyətinin dayandırılacağını da bildirib.