Beynəlxalq Sosial Təminat Assosiasiyasının iclası keçirilib
04 sentyabr 2014 10:56 (UTC +04:00)

Beynəlxalq Sosial Təminat Assosiasiyasının iclası keçirilib

 

2014-cü il 2-3 sentyabr tarixlərdə İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) 110-cu büro iclası keçirilib. Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, iclasda Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. İclasda büro üzvləri və Texniki Komissiyalarla bağlı məsələlər, maliyyə hesabatları, BSTA-nın 2014-2016-cı illər üzrə tərəqqi hesabatı müzakirə olunub və Assosiasiyanın vitse-prezidentinin seçkisi aparılıb.

 

Tədbir çərçivəsində Dövlət Sosial Müdafiə Fondunun sədrinin də üzvü olduğu BSTA Avropa Şəbəkəsi Rəhbər Komitəsinin iclası keçirilib. Avropa Şəbəkəsi Rəhbər Komitəsinin iclasında Rəhbər Komitənin 2014-2016-cı illər üzrə yenilənmiş fəaliyyət planı, 2014-2015-ci illər ərzində təşkil ediləcək tədbirlərlə, o cümlədən “Sosial müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət və miqyasın genişləndirilməsi” mövzusunda cari ilin 22-23 oktyabr tarixlərində Bakıda keçiriləcək beynəlxalq tədbirlə bağlı məsələlər müzakirə edilib. DSMF sədri BSTA-nın prezidenti Erol Struve, baş katibi Hans-Horst Konkolevski, Avropa Şəbəkəsi Rəhbər Komitəsinin sədri, Polşa Sosial Sığorta İnstitutunun rəhbəri Zbigniev Derdziuk, Almaniya Federativ Respublikasının Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının icraçı direktoru İoakim Bröyer, habelə BSTA-nın üzvü olan bir sıra ölkələrin pensiya və sosial sığorta təşkilatlarının rəhbərləri ilə ikitərəfli görüşlər keçirərək qarşılıqlı və regional əməkdaşlıq perspektivlərini müzakirə edib.

 

Qeyd edək ki, Azərbaycan 2007-ci ildən Assosiasiyanın Avropa Şəbəkəsi Rəhbər Komitəsinin üzvüdür və 2013-cü ildə təkrarən Rəhbər Komitəyə üzv seçilib. 2011-ci ilin iyun ayında Bakıda BSTA-nın Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzi açılıb. Azərbaycan Assosiasiya çərçivəsində yüksək səviyyəli qərarların qəbul edilməsində xüsusi rola malikdir. Ölkəmiz BSTA-nın bır çox beynəlxalq tədbirlərinə ev sahibliyi edib. DSMF-nın əhaliyə elektron xidmətlər göstərilməsi sahəsində təcrübəsi nəzərə alınaraq cari ilin 22-23 oktyabr tarixlərində BSTA-nın “Sosial müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət və miqyasın genişləndirilməsi” mövzusunda beynəlxalq tədbirinin Bakıda keçirilməsi qərara alınıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 433
avatar

Oxşar yazılar