[b]Avtovağzal bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək[/b]
06 sentyabr 2016 14:25 (UTC +04:00)

[b]Avtovağzal bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək[/b]

0

Bakı Beynəlxalq Avtovağzalı Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

 

Bakı Beynəlxalq Avtovağzalının növbə rəisi Məhəmməd Abdullayev "APA-Economics"ə bildirib ki, gücləndirilmiş iş rejimi sentyabrın 9-dan 15-dək tətbiq olunacaq.

 

M. Abdullayev hesab edir ki, bayram günlərində sıxlıq əsasən sentyabrın 9-dan etibarən müşahidə olunacaq və 10-11 sentyabr  tarixlərinədək davam edəcək: "Təyin olunmuş bütün reyslər üzrə 10 gün əvvəlcədən bilet satışları həm onlayn, həm kassadan davam etdirilir. Adi günlərdən fərqli olaraq, bayram günlərində əlavə 200-dək nəqliyyat vasitələrinin reyslərə buraxılması nəzərdə tutulub. Belə ki, adi günlərdə 380-400 nəqliyyat vasitəsi 9-10 min sərnişin yola salınırsa, bayram ərəfəsində 600-dən yuxarı nəqliyyat vasitəsi və 15 mindən yuxarı sərnişin yola salınması nəzərdə tutulub”, - deyə növbə rəisi vurğulayıb.

 

M. Abdullayev əlavə edib ki, kənardan dəvət olunan nəqliyyat vasitələrinin fəaliyyətinə 11 nəfərdən ibarət qiymət komissiyası nəzarət edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 504

Oxşar yazılar