Bəkir Nəbiyevin adı məktəbə verildi
10 iyun 2013 10:26 (UTC +04:00)

Bəkir Nəbiyevin adı məktəbə verildi

Nazirlər Kabineti Ağdaş şəhərindəki 3 nömrəli tam orta məktəbə Bəkir Əhməd oğlu Nəbiyevin adı verilməsi barədə qərar verib.

 

Lent.az-ın verdiyi məlumata görə, Ağdaş Rayon İcra Hakimiyyəti və Təhsil Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

Qeyd edək ki, Bəkir Nəbiyev Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun sabiq direktoru, akademik olub. O, 2012-ci ildə vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 844
avatar

Oxşar yazılar