BDU aksiya ilə bağlı açıqlama yaydı
20 fevral 2014 15:51 (UTC +04:00)

BDU aksiya ilə bağlı açıqlama yaydı

Bakı Dövlət Universiteti (BDU) bu gün universitet həyətində keçirilən etiraz aksiyası ilə bağlı məlumat yayıb. Universitetin mətbuat xidmətindən Lent.az-a daxil olan açıqlamada bildirilir: “Bir neçə gün əvvəl “facebook” sosial şəbəkəsində bir qrup tələbə Nazirlər Kabinetinin alt qrupda əlavə pul ödəmələri ilə bağlı etiraz  aksiyası keçirmək məqsədilə çağırış edib.

 

“Bununla əlaqədar BDU-da izahat işləri aparılıb, bu qərarın şərhi ilə əlaqədar mətbuatda məlumatlar verilib. Buna baxmayaraq, Bakı şəhərindəki müxtəlif təhsil müəssisələrinin bəzi tələbələri və əksəriyyəti ümumiyyətlə tələbə olmayan müxtəlif təbəqələrin nümayəndələri universitet qarşısında aksiya keçirməyə cəhdi ediblər. BDU tələbələrinin bir hissəsi isə etiraz edən tələbə yoldaşlarına izahat vermək məqsədilə tədbirə qoşulub.

Bəzi qızışdırıcı şəxslərin təşəbbüslərinə baxmayaraq, tələbələr qərarın mahiyyətini başa düşərək aksiyanı tərk ediblər. Aksiya 8-10 dəqiqə davam edib. Bir sıra  mətbuat orqanlarında tədbirə polislər tərəfindən müdaxilə edilməsi fikri yayılıb. Bununla əlaqədar olaraq bildiririk ki, əvvəlcədən olan razılaşmaya əsasən, Qazaxıstan Respublikası Parlamentinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə BDU-da görüş keçiriləcək və polis əməkdaşları həmin tədbirə görə BDU-ya gəlib.

 

Məlumat üçün bir daha bildiririk ki, kredit sistemilə təhsilin təşkilinə dair qaydalar üzrə daha ətraflı izahatların verilməsi məqsədilə sabah Təhsil Nazirliyinin nümayəndəsinin iştirakı ilə tələbələrin rektorla görüşü planlaşdırılıb”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1760
avatar

Oxşar yazılar