Bazar günü “SABAH”a qəbul imtahanıdır
04 iyul 2014 15:37 (UTC +04:00)

Bazar günü “SABAH”a qəbul imtahanıdır

İyulun 6-da “SABAH” qruplarına qəbul imtahanı keçiriləcək. İmtahan Azərbaycan Dövlət İqtisad Universitetinin 1 - ci tədris binasında təşkil olunacaq. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Burada ölkənin 34 ali təhsil müəssisəsindən seçilmiş 1-ci kurs tələbələrinin iştirakı nəzərdə tutulub. Ümumilikdə, 53 ixtisası əhatə edən tələbələr imtahanda ingilis dili və məntiqdən hər biri 25 sual olmaqla ümumi 50 sualı 1,5 saat ərzində cavablandırmalıdır.

Hər bir test sualı 1 balla qiymətləndirilir. Səhv cavablar düz cavabları ixtisar etmir.

İmtahanın nəticələri emal olunduqdan sonra Təhsil Nazirliyinin rəsmi internet səhifəsində və sabah.edu.az saytında yerləşdiriləcək.

Qeyd edək ki, SABAH qruplarına daxil olmaq üçün ərizə qəbulu mayın 12-dən iyunun 15-dək aparılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 731

Oxşar yazılar