Bayramın ilk günü sərnişinlər ən çox İstanbul və Tbilisiyə yollanıb
06 iyun 2019 13:38 (UTC +04:00)

Bayramın ilk günü sərnişinlər ən çox İstanbul və Tbilisiyə yollanıb

0
Bayramın ilk günü (5 iyun tarixində) Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) şəhərlərarası istiqamətlərə 378 reyslə 10 663 sərnişin daşınıb. 
 
Bu barədə Lent.az-a məlumatı BBAK-ın mətbuat katibi Pərvin Məmmədova verib. O bildirib ki, beynəlxalq istiqamətlərə isə 25 reyslə 718 sərnişin yola salınıb:
 
"Beynəlxalq reyslərdə ən çox sərnişin axını İstanbul və Tbilisi şəhərlərinə olub.
 
Həmçinin bayramın 2-ci günü bu dəqiqələrə olan statistikaya görə, 158 reyslə 3700 sərnişin bölgələrə yola salınıb. Digər günlərlə müqayisədə bu gün sərnişin sıxlığı müşahidə olunmur".
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 921

Oxşar yazılar