Bayramda dəmir yolu gücləndirilmiş rejimdə işləyəcək
05 avqust 2013 14:00 (UTC +04:00)

Bayramda dəmir yolu gücləndirilmiş rejimdə işləyəcək

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları Departamentinin kollektivi Ramazan bayramı günlərində gucləndirilmiş iş rejimində işləyəcək.

 

Cəmiyyətin mətbuat katibliyindən Lent.az-a verilən məlumata görə, Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür.

 

Bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar  ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək. Bir daha sərnişinlərin nəzərinə çatdırılır ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir. 

 

Qeyd edək ki, bu gündən etibarən Bakı-sərnişin stansiyasının 2 saylı kassasında Rusiya Federasiyasında və oradan Qazaxıstana hərəkəti edən sərnişin qatarlarına və Azərbaycana geriyə bilet satışına başlanıb.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 412
avatar

Oxşar yazılar