

Azərbaycanda növbəti oyuncaq QALMAQALI: üzü qız, bədəni oğlan kuklalar SATIŞDA
“Bu günləri şüuraltı olaraq uşaqların davranışlarına, gələcək də cinsiyyət problemlərinin formalaşmasına təsir edəcək oyuncaqların ölkəyə gətirilməsinin qarşısı alınmalıdır”.
Bu sözləri Lent.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin (AUB) sədri Kəmalə Ağazadə deyib. O bildirib ki, sözügedən oyuncağın fotosunu ilk olaraq sosial şəbəkə hesablarında paylaşıb:

“Mən insanların düşüncələrini öyrəndikdən sonra bu barədə, yəni bu cür oyuncaqların uşaqlara zərərləri, nəyə görə bunların satışı qadağan olunmalıdır suallarına aydınlıq gətirmək istədim. Cinsiyyəti tam olaraq bilinməyən oyuncaqlar istər oğlan, istərsə də qız uşaqlarının formalaşmasına mənfi təsir edir. Biz bu gün göy balina oyunu və uşaqların daha çox qapanmağa məruz qaldöğı digər oyunlardan danışırıq, ancaq bu tip oyuncaqlardan danışmırıq”.
K.Ağazadə əlavə edib ki, hazırda əksər valideynlər övladları üçün oyuncaqlar alarkən diqqət etmirlər:
“Onlar fərqinə varmırlar ki, bu uşaqlar üçün zərərlidir. Bəlkə də heç cinsiyyəti ilə maraqlanmır, geyimini soyundurub baxmırlar. Biz isə uşaqların bu barədə valideynlərinə verəcək suallara nə cavab aldıqlarını bilmirik.
Ümumilikdə, söhbət Azərbaycandan yox, dünyadan gedir ki, hazırda homo problemləri çox genişlənir. Bunun qarşısını alaraq, xüsusən də uşaqları mənfi təsirdən qorumaq lazımdır. Valideynlər isə bu məsələdə çox diqqətli olmalıdırlar”.
Qeyd edək ki, başı, üzü qız, bədəni oğlan olan oyuncaqların satışı barədə ötən aylarda da məlumat geniş yayılmış, müzakirələrə səbəb olmuşdu. Lent.az bu barədə yazı təqdim etmişdi. Həmin yazını da diqqətinizə çatdırırıq:
Oxşar yazılar

İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09