Baş redaktorun səhhətində ciddi problem yaranıb
03 fevral 2014 18:55 (UTC +04:00)

Baş redaktorun səhhətində ciddi problem yaranıb

“Əvəz Zeynallının səhhətində ciddi problem yaranıb. Vəziyyəti yaxşı deyil. Beyninə oksigen normal şəkildə getmir”. Lent.az-ın məlumatına görə, bunu “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynalının həyat yoldaşı Məlahət Zeynalova “reportyor tv”-ə deyib. Onun sözlərinə görə, baş redaktor burnundan iki dəfə əməliyyat olunub, amma həmin problem davam edir:  “O, iki dəfə əməliyyat olunub. Hazırda nəfəs almağında çətinlik yaranıb. Çalışırıq yaxşı bir həkim aparaq onu müalicə etsin. Orada əməliyyat qeyri-mümkündür. Sadəcə yaxşı müalicə olunmalıdır, elə bir həkim isə hələlik tapa bilmirik”. “Məsələ ilə bağlı hər hansı bir quruma müraciət etmək fikriniz varmı?” sualına M.Zeynalova belə cavab verib: “Bu haqda düşünürük. Amma gərək bu məsələdə Əvəz bəyin özü ilə danışaq. Ondan icazəsiz və məsləhətləşmədən heç nə deyə bilmərik”.   

 

Xatırladaq ki, Ə.Zeynallı 2011-ci ilin oktyabr ayında Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə həbs edilib. Barəsində CM-nin 313.3.3 313.3.4-cü maddələri ilə cinayət işi açılıb. 2012-ci il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Zeynallının 1 il müddətinə peşə fəaliyyəti ilə məşğul olmaq hüququ məhdudlaşdırılıb və 9 il müddətinə azadlıqdan məhrum edilib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1462
avatar

Oxşar yazılar