Baş pediatr: “Azərbaycanda uşaqlar arasında nevroloji xəstəliklər artmayıb”
06 iyun 2013 12:36 (UTC +04:00)

Baş pediatr: “Azərbaycanda uşaqlar arasında nevroloji xəstəliklər artmayıb”

“Ölkəmizdə uşaqlar arasında nevroloji xəstəliklər artmayıb”. Bunu  Lent.az-a açıqlamasında respublikanın baş pediatrı Nəsib Quliyev son zamanlar cəbhə bölgəsində yaşayan uşaqlarda nevroloji xəstəliklərin artmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, cəbhə bölgələrində uşaqlarda nevroloji xəstəliyin olması təbiidir: “Hər gün güllə səsi eşidən uşaq necə olmalıdır? Onlarda bu cür xəstəliyin olması təbiidir”.

 

Baş pediatr onu da vurğulayıb ki, ölkəmizdə uşaqlarda əsasən tənəffüs xəstəliklərinə və həmçinin yeni doğuş zamanı yaranan xəstəliklərə rast gəlinir.

 

N. Quliyev uşaqların peyvənd olunması məsələsinə də aydınlıq gətirib. “Uşaqlarda peyvəndin aparılması vacibdir. Çox təəssüf ki, bəziləri peyvənd haqqında yalnış fikirlər səsləndirirlər. Eyni zamanda, bəzi valideynlər uşaqlarını peyvənd etmək istəmirlər. Onlar başa düşmür ki, bununla uşaqların hüquqlarını pozmuş olurlar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 825

Oxşar yazılar