Baş nazirin müavini icbari tibbi sığortanın tətbiqindən danışdı
06 may 2014 13:21 (UTC +04:00)

Baş nazirin müavini icbari tibbi sığortanın tətbiqindən danışdı

“Azərbaycanda icbari tibbi sığorta haqqında qanun qəbul olunub. Bu qanunun bir mühüm maddəsi Azərbaycanda icbari tibbi sığortanın qəbul edilməsidir. Müəyyən obyektiv səbəblərlə əlaqədar olaraq bu qanun yerinə yetirilməyib. Artıq bu məsələ üzərində iş aparılır. Ümid edirəm ki, aparılan işlər zamanı çatanda icbari tbbi sığortanın tətbiqini mümkün edəcək”.

 

Lent.az-ın məlumatına görə, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bunun üçün çoxlu iş görmək lazımdır və asan məsələ deyil. Ə.Əhmədov qeyd edib ki, bu, 9.5 milyon əhalinin hər birinin mənafeyinə toxunan, düşündürən bir məsələdir. Baş nazirin müavini vurğulayıb ki, həm həcminə, həm də kütləviliyinə görə bu bir qədər ciddi məsələdir: “Prinsip etibarı ilə söhbət Azərbaycanda səhiyyənin maliyyələşdirilməsinin yeni mexanizminin yaradılmasından gedir. Ona görə də bu istiqamətdə ciddi şəkildə işlər və araşdırmalar aparılır. İcbari tibbi sığortanın tətbiqi üçün çox iş görmək lazımdır. Həm hüquqi sənədlərin hazırlanması, həm səhiyyə müəssisələrində yeni maliyyələşdirməsi modellərinin seçilməsi, həm səhiyyə müəssisələrinin bu modelə uyğunlaşdırılmasına əhali və həkimlər hazırlanmalıdır. Bu işlər hamısı ardıcıl şəkildə həyata keçiriləcək. Güman edirəm ki, biz bunu Azərbaycanda yaxşı  şəkildə həyata keçirəcəyik”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 675

Oxşar yazılar