BANM ABŞ-ın məşhur şirkəti ilə əməkdaşlığa başlayır
08 iyul 2014 14:07 (UTC +04:00)

BANM ABŞ-ın məşhur şirkəti ilə əməkdaşlığa başlayır

Dövlət Neft Şirkətinin (ARDNŞ) Bakı Ali Neft Məktəbində (BANM) “Emerson” şirkətinin biznes-strukturlarından biri olan “Emerson Process Management” şirkəti ilə “Əməkdaşlıq haqqında Razılaşma”nın təntənəli imzalanma mərasimi keçirilib. Bu barədə Lent.az-a ali məktəbdən məlumat verilib.

Mərasimdə çıxış edən BANM-nın rektoru E. Qasımov qeyd edib ki, mütəxəssislərin hazırlanması ARDNŞ-nin fəaliyyətinin inkişafında vacib istiqamətdir. Bakı Ali Neft Məktəbinin yaradılması ölkənin insan kapitalının inkişafında atılan vacib addımlardan biridir.

Mərasimdə çıxış edən “Emerson Process Management” şirkətinin Şərqi Avropa üzrə vitse-prezidenti Yohan Vanderplats qeyd edib ki, Azərbaycan “Emerson” şirkətinin texnologiyaları və xidmətləri üçün vacib məkandır və şirkət bu regionda biznes fəaliyyətini maksimal dərəcədə genişləndirmək niyyətindədir. “Emerson” şirkəti dünya ölkələrinin onlarla universitetləri ilə birgə təhsil proqramları həyata keçirir, bu layihə Azərbaycanın ali təhsil müəssisəsi ilə ilk əməkdaşlıq təcrübəsidir.  

 

Daha sonra Elmar Qasımov və Yohan Vanderplats Bakı Ali Neft Məktəbi ilə “Emerson Process Management” şirkəti arasında “Əməkdaşlıq haqqında Razılaşma”nı imzalayıblar.

 

Bu sənədə görə, hər iki struktur neft-qaz sənaye müəssisələrində istehsal proseslərinin avtomatlaşdırılması üzrə tədqiqat və tədris proqramlarını dəstəkləmək üçün ardıcıl birgə tədbirlər həyata keçirəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 554

Oxşar yazılar