BANM abituriyentlər üçün yeni layihə həyata keçirir
0
0
Bakı Ali Neft Məktəbi, Sabancı Universiteti, Hədəf Kursları və Psixologiya-Konsultasiya Mərkəzinin birgə təşkilatçılığı ilə BANM-də 2 günlük "Abituriyentlərin imtahana psixoloji hazırlığı" adlı layihə həyata keçirilib. Bu barədə Lent.az-a ali məktəbdən məlumat verilib.
İki gün davam edən seminarın keçirilməsində əsas məqsəd qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün imtahan öncəsi və imtahan zamanı yaranan həyəcan və narahatçılığın aradan qaldırılması və vaxtın idarə olunmasına kömək etmək olub. Qarşıdan gələn qəbul imtahanlarında abituriyentlərə uğurlar arzu edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, bu kimi layihələrin təşkil olunmasını təhsilin inkişafında uğurlu addımlardan biri kimi hesab edir.
Tədbirin sonunda ən fəal iştirakçılara Bakı Ali Neft Məktəbinin, Sabancı Universitetinin və Hədəf kurslarının hədiyyələri təqdim olunub. Layihənin ən fəal iştirakçısı Nigar Qasımova isə Sabancı Universitetinin dəstəyi ilə iki günlük İstanbul gəzintisi hüququ qazanıb.
0
0