Ali məktəblərə qəbulda Bakı Ali Neft Məktəbi liderdir
16 fevral 2015 15:23 (UTC +04:00)

Ali məktəblərə qəbulda Bakı Ali Neft Məktəbi liderdir

Bakı Ali Neft Məktəbi 2014/2015-ci tədris ili üçün tələbə qəbulunun əsas göstəricilərinə görə liderlik mövqeyini saxlayıb. Ali məktəbdən Lent.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin orta ballarına görə ən yüksək nəticələrə malik ali məktəblərin siyahısında Bakı Ali Neft Məktəbi qəbulda 668.017 orta balla birinci yerdədir.

1-ci qrup üzrə test imtahanlarında 600 və daha çox bal toplamış abituriyentlərin 24.69% Bakı Ali Neft Məktəbinə daxil olub. Bakı Ali Neft Məktəbinin “Kimya mühəndisliyi” ixtisasına qəbulda minimal bal 648, orta bal 657.327, “Neft-qaz mühəndisliyi” ixtisası üzrə müvafiq olaraq 660 və 671.880, “Proseslərin avtomatlaşdırlması mühəndisliyi” ixtisası üzrə isə 673 və 684.550 olub.

Ən yüksək keçid balı Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi” (660) və “Proseslərin avtomatlaşdırlması mühəndisliyi” (673) ixtisaslarına qəbulda olub.

Bakı Ali Neft Məktəbi üzrə Dövlət sifarişi əsasında qəbul planı 100% yerinə yetirilmişdir. Abituriyent ərizələrində ixtisasların birinci yerdə rastgəlmə tezliyinə görə də Bakı Ali Neft Məktəbi üzrə göstərici də (81.39) yüksək olub.

Sadalananlar Bakı Ali Neft Məktəbinin abituriyentlər üçün ən cəlbedici və nüfuzlu ali təhsil müəssisəsi olduğuna sübutdur. Bu isə, Bakı Ali Neft Məktəbində mütəxəssis hazırlığının ən müasir proqramlar və mütərəqqi texnologiyalar əsasında həyata keçirilməsi, biliklərin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, tədris prosesinin Dövlət Neft Şirkətinin müəssisələrindəki və Bakıda fəaliyyət göstərən transmilli şirkətlərdəki istehsalat sahələri ilə sıx əlaqədə aparılması ilə bağlıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 268
avatar

Oxşar yazılar