“Gənc kimyaçıların yaradıcılıq musabiqəsi” keçirilib
02 mart 2015 10:36 (UTC +04:00)

“Gənc kimyaçıların yaradıcılıq musabiqəsi” keçirilib

Bakı Ali Neft Məktəbində “Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi” keçirilib. Ali məktəbin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, Ali Neft Məktəbinin rektoru Elmar Qasımov BANM-in ölkə ictimaiyyəti, digər təhsil müəssisələri, elmi-tədqiqat institutları və yaradıcılıq mərkəzləri ilə daim sıx əməkdaşlıq etdiyini bildirib.

Bakı Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov yeniyetmələrin yaradıcılıq fəaliyyətinə cəlb olunmasının onların təhsildə motivasiyasının artırılmasına xidmət etdiyini, gələcək həyat yolunun seçilməsində vacib amil olduğunu vurğulayıb.

Daha sonra müsabiqəyə start verilib. Komandaların üzvləri bir saat ərzində müsabiqə tapşırıqlarını yerinə yetirdikdən, sonra onların cavabları münsiflər tərəfindən qiymətləndirildi və qalib komandalar müəyyən edilib.

Tədbir çərçivəsində müsabiqə iştirakçıları üçün Bakı Ali Neft Məktəbi ilə tanışlıq ekskursiyası təşkil olunub. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 154
avatar

Oxşar yazılar