Bakının bəzi yerlərində 30 saat su olmayacaq
23 fevral 2015 17:37 (UTC +04:00)

Bakının bəzi yerlərində 30 saat su olmayacaq

Fevralın 24-ü saat 04:00-dən etibarən Sabunçu, Suraxanı və Xəzər rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində 30 saat müddətinə məhdudiyyətlər olacaq. “Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, buna səbəb, Maştağa və Ramana su anbarları komplekslərini birləşdirən magistral su xətlərinin yenidən qurulması ilə əlaqədar aparılan təmir işləridir.

 

Bununla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 118
avatar

Oxşar yazılar