
Bakıda velosiped yolu salınacaq
“Bakının yollarında yeni səkilər salınıb, görmə əngəlli vətəndaşlar üçün şərait yaradılıb”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakı Nəqliyyat Agentliyinin (BNA) “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışında BNA sədri Vüsal Kərimli deyib.
Vüsal Kərimli bildirib ki, Hökumət evinin arxasında pilot layihə kimi velosiped yolunun salınması nəzərdə tutulur.
“Yolun 100 metrlik hissəsi artıq hazırdır. İndi velosiped yolunun örtüyü ilə bağlı təcrübələr aparılır. Bu yolun salınmasında əsasən yerli materiallardan istifadə edilir. Bakı şəhərində ümumilikdə 18,5 kilometrlik, ilk mərhələdə isə 7,5 kilometrlik velosiped yolunun salınması nəzərdə tutulur”, - deyə BNA sədri əlavə edib.
Diqqətə çatdırılıb ki, şəhərdə parklanma ilə əlaqədar ilkin mərhələdə 600-dək yer müəyyənləşdirilib. İndi bu istiqamətdə infrastruktur işləri görülür.
Oxşar yazılar

Azərbaycanda 3 nəfər zəhərlənmədən öldü
2 iyul 2025 , 09:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
2 iyul 2025 , 08:37
Buı BÜRCLƏRİN təcili tətilə ehtiyacı var
2 iyul 2025 , 00:02
XƏBƏRDARLIQ: Yaxın saatlarda güclü maqnit qasırğası başlayacaq
1 iyul 2025 , 21:52
Oxu.az saytı 12 yaşını qeyd edir - VİDEO - YENİLƏNİB
1 iyul 2025 , 20:31
Niqab, yoxsa “terrorçulara maska?" - QADAĞALARA fərqli münasibət
1 iyul 2025 , 20:15
İsti havada soyuq duş: ölümcül ola bilər
1 iyul 2025 , 19:07