Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabah gözlənilən hava proqnozunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mayın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir
Mülayim şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 20-25, bəzi yerlərdə 29 dərəcəyədək isti olacağı gözlənilir.
Mayın 5-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 9-14, gündüz 18-23, bəzi yerlərdə 27 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarına gəlincə, mayın 4-də əsasən yağmursuz, səhər ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 25-30, bəzi yerlərdə 32 dərəcəyədək isti, dağlarda gecə 8-13 dərəcə, gündüz 18-23 dərəcə, bəzi yerlərdə 25 dərəcə isti olacağı gözlənilir. Mayın 5-də isə hava əsasən yağmursuz keçəcək, səhər isə ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 9-14 dərəcə, gündüz 24-29 dərəcə, bəzi yenrlərdə 32 dərəcə isti olacaq. Dağlarda gecə 8-13 dərəcə, gecə 18-23 dərəcə isti, bəzi yerlərdə 25 dərəcə isti olacaq.