Bakıda son 120 ilin REKORD istisi qeydə alındı
01 iyul 2018 17:30 (UTC +04:00)

Bakıda son 120 ilin REKORD istisi qeydə alındı

0

Bu gün Bakıda və Abşeron yarımadasında bütün instrumental müşahidə dövrü ərzində (120 il) rekord temperatur göstəricisi qeydə alınıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Milli Proqnozlar Bürosundan Lent.az-a verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında 43-44 dərəcə temperatur qeydə alınıb.

 

 Bundan əvvəl rekord göstərici Bakı üçün 2017-ci ilin avqust ayında  41, 6 dərəcə müşahidə edilib. Bu gün qeyd olunan temperatur həm iyul ayı üçün, həm də bütün yay mövsümü üçün rekord temperaturdur.

 
 
 
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 541

Oxşar yazılar